Lerikdə bir ailənin 4 üzvünü "tok" vurdu

   Lerikdə bir ailənin 4 üzvünü "tok" vurdu
  23 Aprel 2023    Oxunub:1935
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lerik rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.
AzVision.az


Teqlər:



Xəbər lenti