"Formula 1"-ə nəzarət edəcək polislərə tapşırıqlar verilib

   "Formula 1"-ə nəzarət edəcək polislərə tapşırıqlar verilib
  22 Aprel 2023    Oxunub:1435
Bakıda aprelin 28-30-da baş tutacaq "Formula 1" Azərbaycan Qran Prisinin təhlükəsiz şəkildə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti