Təsadüf nəticəsində İTV-nin sabiq şefi Dənizkənarı Milli Parkda dincələrkən kameralarımızın obyektivinə tuş gəlib.
Müxbirimiz israr etsə də İ.Ömərov müsahibə verməkdən imtina edib. Buna baxmayaraq İ.Ömərovun şəkillərini çəkə bildik.
Qeyd edək ki, 2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olan İ.Ömərov 2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Ötən ilin aprel ayında isə onu İTV-də Cəmil Quliyev əvəz edib.
Fotolar: Nuran Məmmədov