Sultan Əhməd Məscidi təmirdən sonra - Fotolar

   Sultan Əhməd Məscidi təmirdən sonra  -    Fotolar
  21 Aprel 2023    Oxunub:2471
İstanbulda məşhur Sultan Əhməd Məscidi bu gün təmirdən sonra yenidən ibadətə açıq elan olunub.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ərdoğanı TBMM sədri Mustafa Şentop, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digərləri müşayiət edib.

Diyanət İşləri Başçısı Əli Ərbaş oxuduğu xütbədən sonra cümə namazını qıldırıb.

Qeyd edək ki, Sultan Əhməd Məscidi ilk dəfə 1617-ci ildə ibadətə açılıb.










Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti