Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar

Oğurluq edən keçmiş məhkumlar saxlanıldılar
  21 Aprel 2023    Oxunub:1179
Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar.
Bu barədə AzVision.az -a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd təsərrüfat texnikası və 400 kiloqram metal oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar — R.Həsənov və C.Xəlilov müəyyən olunaraq saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti