“Azəriqaz” bayramda işləyəcək

“Azəriqaz” bayramda işləyəcək
  20 Aprel 2023    Oxunub:1116
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlərə xidmət göstərəcək.
Bu barədə AzVision.az -a “Azəriqaz”dan məlumat verilib. Bildirilib ki, Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 21-24 aprel tarixlərində Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində, həmçinin BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

Qurumun əməkdaşları şənbə və bazar günləri saat 10:00-dan 14:00-dək, həftə içi isə saat 11:00-dan 15:00-dək fəaliyyət göstərəcəklər.

Həmçinin abonentlərin nəzərinə çatdırır ki, aprelin 24-dən “ASAN Kommunal” mərkəzləri tam şəkildə fəaliyyət göstərəcək: “Abonentlər həm Birliyin Çağrı Mərkəzinin 077 3 104 104 “Whatsapp” nömrəsi, həm də azeriqaz.az saytının online çat bölümü vasitəsilə müraciətlərini edə bilərlər".

AzVision.az


Teqlər:



Xəbər lenti