Azərbaycan və İsrail XİN başçılarının təkbətək görüş başa çatıb

   Azərbaycan və İsrail XİN başçılarının təkbətək görüş başa çatıb
  19 Aprel 2023    Oxunub:1104
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen arasında təkbətək görüş başa çatıb.
AzVision.az xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen arasında görüş başlayıb. C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir. Qeyd edək ki, E.Kohen Azərbaycanda səfərdədir.

AzVision.az


Teqlər:



Xəbər lenti