Bakıda daha bir məktəbdə şagirdlər zəhərləndi

   Bakıda daha bir məktəbdə şagirdlər zəhərləndi
  18 Aprel 2023    Oxunub:929
Bakı şəhəri Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib.
Məktəbdən AzVision.az -a verilən məlumata görə, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

AzVision.az


Teqlər:



Xəbər lenti