"Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır"

   "Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır"
  18 Aprel 2023    Oxunub:1152
Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”, – deyə dövlətimizin başçısı qeyd edib.
AzVision.az


Teqlər:



Xəbər lenti