Başlıbel faciəsindən 30 il sonra - FOTOLAR

   Başlıbel faciəsindən 30 il sonra -    FOTOLAR
  18 Aprel 2023    Oxunub:1860
Bu gün Qarabağ müharibəsinin ən dəhşətli və ağrılı hadisələrindən olan Başlıbel faciəsinin 30 ili tamam olur.
Kəlbəcər rayonun Başlıbel kəndinin 62 sakini, Laçından gələrək onlara qoşulan 9 əsgər və dörd nəfərdən ibarət bir ailə erməni quldur birləşmələrinin yolları kəsməsi nəticəsində kəndi tərk edə bilməyib, 113 gün mağaralarda gizlənmişdilər.

Aprelin 18-də kənddəki evləri yağmalamağa gələn ermənilər kahalardan gələn tüstünü, ətrafa sərilən pal-paltarları görüb həmin ərazidə məskunlaşma olduğundan şübhələniblər. Elə həmin axşam erməni hərbçiləri tank və digər texnika ilə kahaları mühasirəyə alıb, müxtəlif çaplı silahlardan onların gizləndiyi mağaraları atəşə tutublar. Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazidən uzaqlaşıblar.

Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

AzVision.az faciənin yaşandığı Başlıbel kəndindən fotoları təqdim edir:









Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:



Xəbər lenti