"Oğlumun həbs olunduğunu desələr, yenidən İrana gedəcəyəm" - İtkin düşən Fəridin anası

 "Oğlumun həbs olunduğunu desələr, yenidən İrana gedəcəyəm" -  İtkin düşən Fəridin anası
  18 Aprel 2023    Oxunub:2053
Fevralın 20-də İrana səfər edən Almaniyanın Yena Universiteinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərlinin ailəsi 58 gündür ki, onun barəsində məlumat ala bilmir.
Bu barədə AzVision.az -a danışan tələbənin anası Dilarə Əliyeva İranda tutduğu vəkilin də ona heç bir yeni məlumat vermədiyini qeyd edib. O bildirib ki, əgər hər hansı bir xəbər olarsa, yenidən İrana gedəcək:

"İrana getməyim onların mənə verəcəyi məlumatdan asılı olacaq. Əgər İran höküməti oğlumun həbs olunması xəbərini versə, onunla görüşmək üçün oraya gedəcəm. Hələlik onların mənə hər hansı məlumat verməsini gözləyirəm. Vəkil də yeni bir məlumat vermir. Oğlumun görüşmək üçün getdiyi qızdan da xəbər yoxdur. Özüm də İranda olarkən onu tapa bilmədim".

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti