10 və 35 yaşlı faciələrimiz

  25 May 2014    Oxunub : 539
10 və 35 yaşlı faciələrimiz
Səbuhi Abbasov

Bu günlərdə eşitdiyimiz ən acı xəbər bir körpə balamızın faciəli şəkildə dünyası dəyişməsi oldu. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromaşın (“Elektrokar”) aşdı. Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişdi.
İstirahət mərkəzindəki otelin direktoru Naina Bakaldina bildirib ki, elektrokarı Aytən Əzizova idarə edirmiş. Onun sözlərinə görə, müəllimə döngədə idarəetməni itirib, nəticədə elektrokar aşıb. Naina Bakaldina onu da deyib ki, baş vermiş faciədə istirahət mərkəzinin heç bir günahı yoxdur.

Reytinq yoxsa insani dəyər

Bəli dəyərlərimiz o qədər ucuzlaşıb ki, qızın ölümü, onun səbəbləri diqqətlə araşdırlması tələb edilərkən əsas məsələ reytinqdir. Necədə asandır demək ki “Bizim obyektin heç bir günahı yoxdur” . Gözünün içinə kimi yalan deyirsən. Günah səndədi, sənin rəisindədir, maşını sürəndədir.

Hamımız günahkarıq.

Bəlkə də ömründə bir dəfə olsun elektromaşın sürməyən insana maşın vermək nə dərəcədə məntiqlidir. Və yaxud dönmə əməliyyatını düzgün etməyib nə demək. Niyə bizi, cəmiyyəti, insanları, ən əsası da özünüzü QANMAZ yerinə qoyursunuz. Çıxın, cəmiyyətdən, Dənizin atasından, anasından üzr istəyin. Günahınızı, səhflərinizi boynunuza alın. Dikbaş dikbaş “bizim günahımız yoxdur” deməyiniz Sizə yalnız vaxt qazandıra bilər. Vaxt bitəndə hər şey gec ola bilər.

O, 10 yaşlı həyatsevər bir qız idi. Həm də atasının qızı. Anasının demirəm. Çünki haqlı olaraq dədə-babalarımız “Qız atasının balası, ürəyidir demişlər”. O atanın ah-naləsini dərk etmək Sizlik deyil. Sizlik olsaydı “Obyektin günahı yoxdur deməzdiniz”.

Orada günahı olmayan biri varsa o da ELEKTROMAŞINDIR. Cansız olsa da bəlkə də o bizlərdən daha vicdanlı, daha etibarlıdır. Hər halda əlindən gələni etdi ki, heç olmasa itki az olsun. Dili olsaydı təlimatları bilmədən kiminsə onu idarə etməsinə qəti etirazını bildirərdi. Dəniz, gözəl bala Allah sənə rəhmət eyləsin, yerin cənnətlikdir inşallah. Tərlan bəy! Nə desəm azdır. Övladın itkisi nə olduğunu ancaq onu yaşayanlar bilir. O illərin sevinci, əzab-əziyyəti, çətinliyi, xoş anları indi kinolent kimi beynində durmadan dövr edir.

Bu yazını yazdıqca bütün ağrı-acıları elə hiss edirəm ki. Əslində başlıqdan görürsünüz. Birini itirdik, təpki vermədik. Amma birini itirməkdə ikən yenədə susuruq, gözləyirik. Nə olacaq deyə, bir həftəlik xəbər olacaq deyə.

Məsuliyyətsizlik yoxsa biganəlik

Konkret göstəricilərə sahib olmamız məsuliyyətsizliyin sərhədlərini və dərəcəsini müəyyən etməkdə bizə yardımçı olur. Tərəzimizin göstəriciləri bu iki şeydir. Dolayısıyla iş, zamanında və lazımı keyfiyyətdə görülmüşsə, işi edən kimsə məsuliyyət sahibi sayılır. Bunun əksi isə məsuliyyətsizlikdir. Ən təhlükəli məqam ondan ondan iabrətdir ki, artıq İCTİMAİ MƏSLUYİYYƏTSİZLİK dəb halını alıb.

Milli dəyərlərimizə, özümüzə, sevdiklərimizə, bizi sevənlərə, istedadlarımıza, bu yükü daşıyanlara qarşı məsuliyyətsizlik durmadan artır. Tanınmış yazar Aqşin Yeniseyin vəziyyəti heç də yaxşı deyil. Aqşin Yeniseyi müalicə edən Kilinik Tibbi Mərkəzin həkimi Tofiq Süleymanov mediaya açıqlamasında onun durumunun ağır olduğunu bildirib: “Aqşinin vəziyyəti çox pisdir. O, ağır xəstədir. Onda müayinə zamanı alkoqol mənşəli hepatit aşkarlandı. Qarnına su yığılıb, sarılıq xəstəliyi…”

Həkimin sözlərinə görə, A.Yeniseylə bağlı hələlik ümidverici söz demək çətindir: “Tibbdə bu, çox ağır xəstəlik hesab edilir. Ümid edək ki, yaxşılaşar”

Qolu-qanadı qırılmış ədəbiyyatımıza tibbi xidmət göstərən Aqşinin özünə indi tibbi xidmət lazımdır. Həm də həmən. Bir şairimiz öz övladları ilə birgə AYB-yə etirazını bildirir, aclıq elan edir və rəhmətə gedir. Bir tanınmış aktyorumuz artıq necə aylardı yataqdadı, ölüm ayağındadı. Ölmək istəmirəm, kömək edin deyə yalvarışlar edir. Həyat eşqim var, qoymayın ölüm deyir. Belə bir məqamda hər birimiz üzümüzü tuturuq Cənab Prezidentə. Bəli, İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, “MƏN XALQ ÜÇÜN YAŞAYIRAM”. Bunu əməldə də sübüt edir. Lakin biz prezidentə müraciət etməklə öz işimizi görmüş oluruqmu? Əlbəttə ki, xeyir!

Kimsə deyə bilər ki, “Aqşin içirdi, indi də nəticəsi” və yaxud “çox siqaret çəkirdi”. Mənim əzizlərim Aqşin sarılıq keçirib. Bəlkə də maddiyata o qədər də ehtiyacı yoxdur. Alkoqol və tütün pis vərdişlərdir, bu, hamıya aydındır. Amma bu insan bəyəm bizim həyatımıza alkoqollamı daxil olub, ya siqaretlə? Xeyir o yüksək məntiqi, istedadı, yenilikçiliyi ilə hər birimizin qəlbinə yol tapıb. Müasir Azərbaycan ədəbiyyatının formalaşdıran insanlardan biridir Aqşin. Onun sadəcə mənəvi dəstəyə ehtiyacı var.

Əziz dostum!

Sənin çox sevdiyim bir şeirində yazırsan:

Bəs bizi kim öldürəcək?
Qadınmı, dostmu, özgəmi?
Hansı küçədə, hansı tində, yataqdamı, iş yerindəmi?
Əynimizdə nə olacaq, qısaqol köynəkmi, köhnə pencəkmi?
Siqaret çəkə, yaxud ağlaya biləcəyikmi, ölümqabağı?
Gözlərimiz açıqmı qalacaq, yanımızda kim olacaq?…

Bu suallardan bəzilərinə cavab verirəm. Səni kimsə yox, öz əcəlinlə 70-80 yaşında öləcəksən. Öz yatağında, əynində səliqəli paltar, yanında övladların, nəvələrin…Tez sağal. Ədəbiyyatımız yenə acdı…

Teqlər: