"Tədbirdə Xəzərin şimal hissəsinə Qızılbalıq körpələri buraxılıb və növbəti dəfə təbii artımına, bərpasına dəstək göstərilib. Ümumiyyətlə isə balıq ehtiyatlarının artırılması, bərpası məqsədilə son 2 ildə ölkənin su hövzələrinə 3 milyonadək balıq körpəsi buraxılıb və bu proses davam etməkdədir. Balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq", - Xidmət rəisi bildirib.
Nazirlik bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edib:
"Buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərilməli, nazirlik tərəfindən irəli sürülmüş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək!" aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə verilməlidir".
Teqlər: Siyəzən Xəzər Qızıl-Balıq