"Qırmızı Kitab"a düşən şahin quşları təbiətə buraxılıb

  "Qırmızı Kitab"a  düşən şahin quşları təbiətə buraxılıb
  01 Aprel 2023    Oxunub:1845
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə adı "Qırmızı Kitab"a düşən şahin quşlarının Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılışını həyata keçirib.
AzVision.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib ki, bu gün keçirilən tədbirdə Qətər dövləti tərəfindən təqdim olunmuş 50 ədəd şahin quşu təbii areallarına buraxılıb və tədbir Azərbaycanda "Qırmızı Kitab"a düşən və sayı azalan növlərin bərpasına, bioloji müxtəlifliyin qorunmasına, növlərin populyasiyalarının sabitləşməsinə töhfə vermək, bu sahədə dayanıqlı inkişafı dəstəkləmək məqsədi daşıyır.

Xidmət rəsmisi, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Bakı ofisinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovun və Qətər Dövlətindən ölkəmizə gələn qonaqların iştirak etdiyini də vurğulayıb.






Teqlər: Siyəzən   Şabran   Şahin-Quşları  





Xəbər lenti