“İran qorxur ki, Azərbaycan...” - İsrael Şamir mümkün müharibə haqqında

   “İran qorxur ki, Azərbaycan...” -    İsrael Şamir mümkün müharibə haqqında
  01 Aprel 2023    Oxunub:5892
“İran qorxur ki, müharibə olarsa, İsrail Azərbaycan ərazisindən ona zərbələr endirə bilər. Ona görə də “qabaqdangəlmişlik” edir, guya “vəziyyətin istənilən inkişafına hazır olduğunu” göstərir”.
Bu sözləri AzVision.az -a müsahibəsində rus-yəhudi yazıçı İsrael Şamir deyib. ABŞ və İsrailin İranla mümkün müharibə ehtimalına toxunan Şamir bunun yüksək olmadığını bildirib:

- ABŞ olmadan İsrail təkbaşına İranla müharibə apara bilməyəcək. Amma ABŞ-ın diqqəti Ukrayna müharibəsinə cəmləşib, odur ki, hələlik iki cəbhədə mübarizə apara, İranla vuruşa bilməz.
İsrailin daxilində də gərginlik artır. Ölkə boyu kütləvi etirazlar davam edir. İsrail müxalifəti müharibəyə qarşı çıxır və zabitləri savaşa getməməyə çağırır. Ona görə də, İranla müharibə ehtimalı azdır.

- Çin Tehran rejimini ərəblərlə barışdırmağa çalışır. Bir çox ekspertlərin fikrincə, Pekin bu prosesi təhlükəsiz şəkildə başa çatdıra bilsə, o zaman İsraili məhvə məhkum hesab etmək olar. Siz bu barədə nə düşünürsünüz?
- ABŞ ərəblərlə İranı üz-üzə qoymaq istəyirdi. Lakin Çin onları barışdırdı. İndi ABŞ bu proseslərdən kənarda qalıb. Vaşinqtonun hətta regiondan kənarlaşdırıldığını da deyə bilərik.
İran əslində heç vaxt İsraillə döyüşmək istəməyib. Ərəblər də istəmirlər və bacarmazlar. Ona görə də hesab edirəm ki, İsrail məhvə məhkum deyil.

Qafqaz Ömərov
AzVision.az



Teqlər: İsrail   İran  





Xəbər lenti