71 nömrəli avtobusun hərəkəti müvəqqəti dəyişdiriləcək

71 nömrəli avtobusun hərəkəti müvəqqəti dəyişdiriləcək
  31 Mart 2023    Oxunub:889
Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

Odur ki, sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - “Koroğlu” metro stansiyası istiqamətində təşkil ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti