"Papa Fransisk gecə yaxşı istirahət edib. Klinik mənzərə getdikcə yaxşılaşır və planlaşdırılan müalicələr davam edir. Bu səhər səhər yeməyini yeyib, qəzetləri oxuyub və işə başlayıbdı. Papa xəstəxana kilsəsində də dua edib”, deyə sözçü əlavə edib.
Qeyd edək ki, Bruni əvvəlcə Papanın əvvəlcədən planlaşdırılmış müayinələr üçün Gemelli Xəstəxanasına getdiyini açıqlamışdı, daha sonra katoliklərin ruhani liderinin bu yaxınlarda nəfəs darlığı səbəbiylə xəstəxanaya getdiyini bildirib.
Papa Fransisk günorta saatlarında "Twitter" hesabından "son saatlarda gələn çoxlu mesajlardan təsirləndim. Yaxınlıq və dualar üçün təşəkkürümü bildirirəm" sözlərini paylaşıb.
2013-cü ildə Katolik Kilsəsinin 266-cı Papası seçilən Papa Fransiskin gəncliyində keçirdiyi infeksiyaya görə bir ağciyəri var. Katoliklərin ruhani lideri dizindən aldığı zədə səbəbindən bir müddətdir əlil arabasında tədbirlərə qatılır.
Papa Papa Fransisk sonuncu dəfə 4 iyul 2021-ci ildə eyni xəstəxanada yoğun bağırsaq əməliyyatı keçirib və 10 gün xəstəxanada müşahidə altında olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: