Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq

   Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq
  30 Mart 2023    Oxunub:676
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının “Prokurorluq haqqında” qanununa dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az


Teqlər:





Xəbər lenti