"Azərbaycanın yaxın əlaqələri digərlərini narahat etməməlidir"

   "Azərbaycanın yaxın əlaqələri digərlərini narahat etməməlidir"
  29 Mart 2023    Oxunub:886
Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib.
AzVision.az xəbər verir ki, bu sözləri xarici işləri naziri Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir: “Bu, ilk növbədə, həmin ölkələrin inkişafına, bölgəmizdə sülhə, sabitliyə xidmət edir”.

Nazir İsraillə iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrin icrasının davam etdiyini söyləyib. Deyib ki, ötən il ticarət dövriyyəsi 85 faiz artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti