İsrailin xarici işlər naziri apreldə Azərbaycana gələcək

   İsrailin xarici işlər naziri apreldə Azərbaycana gələcək
  29 Mart 2023    Oxunub:610
İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, - İsrailin XİN başçısı bildirib.

O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti