Təhlükəsizlik orqanları milli maraqlarımızı qorumaq gücündədir

Bu gün cənab Prezident İlham Əliyev Azərbaycan təhlükəsizlik orqanlarının maddi-texniki bazasının, peşəkarlığının artırılması istiqamətində önəmli addımlar atıb.
Məhz bunun nəticəsidir ki, bu gün təhlükəsizlik orqanlarımız Azərbaycana qarşı olan və təhlükəsizliyimizi təhdid edən bütün faktorların aradan qaldırılmasını uğurla həyata keçirir. Təhlükəsizlik orqanlarımız həm daxildə, həm də xaricdə Azərbaycanın milli maraqlarını qorumaq gücündədir.
Təhlükəsizlik orqanlarımız Vətən Müharibəsi dönəmində də uğurlu əməliyyatları ilə yadda qaldı və bu gün də yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir. Dövlət təhlükəsizliymizin əmin əllərdə olması hər bir Azərbaycan vətəndaşında güvən və qürur hissi yaradır.
Mən, dövlətimizi, cəmiyyətimizi kənar təsirlərdən yüksək peşəkarlıqla və ləyaqətlə qoruyan təhlükəszlik orqanları əməkdaşlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram!”.
AzVision.az
Teqlər: