Məlumatda deyilir: “Ötən gün mətbuatda Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun işində Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcovun şahid qismində tanınması ilə bağlı məlumat yayılıb.
Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir və bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb”.
AzVision.az
Teqlər: