Abşeronda avtomobillər toqquşub, 2 nəfər ölüb

   Abşeronda avtomobillər toqquşub,    2 nəfər ölüb
  28 Mart 2023    Oxunub:752
Abşeron rayonunda avtomobillər toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti