Ötən gün Bakıda hava normadan 7.2° yüksək olub

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.
Şimal-qərb küləyi Naftalanda 28 m, Tərtərdə 20 m/s, Bərdədə 19 m/s, Gəncədə 18 m/s, Şabranda 17 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.1 metrə çatıb.
Duman Sumqayıt, Daşkəsən, Göygöl, Şahdağ, Qrız, Şəki, Qax, Lerikdə müşahidə olunub.
Martın 27-də Bakıda iqlim normasından 7.2° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20°-dək isti, Naxçıvanda 23°-dək isti, dağlıq rayonlarda 12°-dək isti, aran rayonlarında 22°-dək isti olub.
Martın 28-i səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, 28-i gündüz, 29-da ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir.
AzVision.az
Teqlər: