Azərbaycan gömrükçüləri bəyan olunmamış brend əşyaları müsadirə edib

Azərbaycan gömrükçüləri bəyan olunmamış brend əşyaları müsadirə edib
  23 Mart 2023    Oxunub:949
" "Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının VİP zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.
Bu barədə AzVision.az -a Komitədən bildirilib.

Məlumata görə, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və yaxud elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti