15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb

 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb
  23 Mart 2023    Oxunub:784
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti