“Azeri Light” nefti bahalaşıb

“Azeri Light” nefti bahalaşıb
  23 Mart 2023    Oxunub:775
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.65 ABŞ dolları və ya 2.15% artaraq, 78.36 dollar təşkil edib.


Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.


Teqlər:





Xəbər lenti