Ağcabədi sakinindən “Kalaşnikov” avtomatı götürülüb

   Ağcabədi sakinindən “Kalaşnikov” avtomatı götürülüb
  23 Mart 2023    Oxunub:1063
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən "Kalaşnikov" avtomatı aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Füzuli Atakişiyev tutulub.


Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus sandıqça və 5,45 çaplı 10 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti