Sülhməramlıların 29 avtomobili aksiya ərazisindən maneəsiz keçib

Sülhməramlıların 29 avtomobili aksiya ərazisindən maneəsiz keçib
  21 Mart 2023    Oxunub:702
Bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən maneəsiz hərəkəti təmin olunur.
AzVision.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 27 təminat-təchizat və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti