“Azərbaycan Dəmir Yolları”nın sədri Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub

 “Azərbaycan Dəmir Yolları”nın sədri Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub
  18 Mart 2023    Oxunub:1374
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub.
AzVision.az xəbər verir ki, Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Rəşad Daşdəmirov qonaqlara limanın tarixi, imkanları və yük dövriyyəsi haqqında məlumat verib.


Liman administrasiyasının binasında keçirilən görüşdə tərəflər əməkdaşlığın genişləndirilməsi, yük axınlarının artırılması və mövcud problemlərin həlli məsələlərini müzakirə edilib.


Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinə liman ətrafında ekskursiya təşkil edilib.

AzVision.az








Teqlər: Dəmiryoli   Hövsan-Limanı  





Xəbər lenti