Azərbaycanla Türkiyə arasında tikinti əməkdaşlığına dair protokol təsdiq edilib

  Azərbaycanla Türkiyə  arasında tikinti əməkdaşlığına dair protokol təsdiq edilib
  18 Mart 2023    Oxunub:816
Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” təsdiq edilir.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti