Türkiyədə müalicə alan qazi Azərbaycana qayıdıb

Türkiyədə müalicə alan qazi Azərbaycana qayıdıb
  18 Mart 2023    Oxunub:969
Türkiyədə müalicə alan qazimiz Vahid İmanlı Taleh oğlu Vətənə geri qayıdıb.
Bu barədə AzVision.az -a “YAŞAT” Fondundan bildirilib.

Qeyd edilib ki, Vahid İmanlı 2 il müddətində Türkiyədə müalicə alıb. "YAŞAT" Fondu tərəfindən müalicə xərcləri qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.





AzVision.az


Teqlər:





Xəbər lenti