2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90% azalacaq

   2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90% azalacaq
  17 Mart 2023    Oxunub:1622
2030-cu ilə qədər vərəmdən əziyyət çəkənlərin cibdən ödənişlərinin minimuma endirilməsi hədəflənib.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İlkin tibbi sanitariya yardımın təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov deyib.

O bildirib ki, ÜST-ə üzv dövlətlər vərəmlə mübarizədə startegiya müəyyən edir, hədəflər qoyurlar:

“Eynən bizdə də həmin strategiya və hədəflər əsas götürülüb. 2015-ci illə müqayisədə 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90%, xəstələnmə hallarının 80% azalmasına, xəstəlikdən əziyyət çəkənlərin cibdən ödənişlərinin isə minimuma endirilməsinə nail olmaq planlaşdırılır. Vərəmlə mübarizə strategiyamızda bu, əsas yer tutur".

AzVision.az


Teqlər:



Xəbər lenti