Prezident “Şengen”dən imtina etdi

Prezident “Şengen”dən imtina etdi
  22 May 2014    Oxunub:922
Fransanın sabiq prezidenti Nikolya Sarkozi 26 Avropa ölkəsinin daxil olduğu “Şengen zonası”dan imtina etməyə çağırıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Fransa prezidenti bu haqda bəyanatı mayın 25-də keçiriləcək Avropa Parlamenti deputat seçkiləri ərəfəsində verib.

“Şengen I (1995-ci ildə qüvvəyə minən saziş) dərhal dayandırılmalı və “Şengen II” ilə əvəz edilməlidir. Bu zonaya daha əvvəl vahid miqrasiya siyasətini razılaşdıran dövlətlər daxil olamlıdır”, – deyə Sarkozi bildirib.

Bundan əlavə sabiq Fransa prezidenti bildirib ki, Berlin və Paris iqtisadi sahədə daha sıx əməkdaşlıq edir. Bunun üçün Sarkozi ortaq iqtisadi zonanın yaradılmasını təklif edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti