11 milyon dollarlıq narkotik tutulub

11 milyon dollarlıq narkotik tutulub
  21 May 2014    Oxunub:1071
Nyu-York polisi narkomafiya əleyhinə irimiqyaslı əməliyyat nəticəsində təqribən 24 kiloqram heroin müsadirə edib.
Yerli hakimiyyət orqanları bildirib ki, bu, cari ildə ABŞ-ın ən iri meqapolisində müsadirə olunmuş ən böyük narkotik vasitə partiyasıdır.

Müsadirə edilmiş narkotiklərin qara bazar qiyməti 11 milyon dollardır.

Əməliyyat nəticəsində iki nəfər saxlanılıb. Polisin məlumatına görə, onlar ABŞ-ın şimal-şərq ştatlarında fəaliyyət göstərən ən iri narkoalver şəbəkəsinin başçılarıdır.

Onlara qarşı narkotiklərin qanunsuz saxlanılması və cinayətkar sövdələşmə ittihamı irəli sürülüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları 10 kiloqram kokain, 200 sintetik narkotik həb, 85 min dollar və silah müsadirə ediblər.


Teqlər:  





Xəbər lenti