Dünyada ilk: prezidenti 214 dollara aldılar

Dünyada ilk: prezidenti 214 dollara aldılar
  19 May 2014    Oxunub:795
Boliviya prezidenti siyasi fəaliyyəti ilə yanaşı futbolla məşğul olacaq. Belə ki, prezident “Sport boys” futbol komandasında oynayacaq.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 54 yaşlı prezident Eva Morales adı çəkilən komanda ilə müqavilə imzalayıb. Futbol klubunun prezidenti Mario Kronbold deyib ki, prezident 10 nömrəli forma geyinəcək:

“Oyunların siyahısı prezidentimizə göndəriləcək və oynayacağı oyunları o özü seçəcək. Prezident oyunlarda 20 dəqiqə iştirak edəcək və hər oyunda oynamayacaq. Bu da onun iş qrafiki ilə bağlıdır”.

Qeyd edək ki, dünya futbolunda ilk dəfə olaraq prezident futbol komandasında oynayacaq. Ölkə başçısı təmsil etdiyi futbol klubuna 214 dollara transfer olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti