Azərbaycan 2 milyard manata yaxın borc qaytarıb

   Azərbaycan 2 milyard manata yaxın borc qaytarıb
  23 Yanvar 2023    Oxunub:1214
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 17 739,9 milyon manatı və yaxud 55,3%-i cari xərclər, 12 533 milyon manatı və yaxud 39,1%-i əsaslı xərclər, 1 790,4 milyon manatı və yaxud 5,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Bu barədə AzVision.az -a Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,9% çox, 45,1% çox və 18,6% azdır.

Öz növbəsində 2022-ci ildə Azərbaycanda daxili və xarici borclanma 976,3 milyon manat təşkil edib. Məlumata görə, bu, 2021-ci illə müqayisədə 75,1 % çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti