Çin 2022-ci ildə Rusiyadan neft idxalını 8,2% artırıb

   Çin 2022-ci ildə Rusiyadan neft idxalını 8,2% artırıb
  20 Yanvar 2023    Oxunub:1061
2022-ci ildə Rusiya neftinin Çinə tədarükü 8,2% artaraq 86,24 milyon ton təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Çinin Rusiyadan aldığı enerji daşıyıcısının dəyəri 12 ay ərzində 2021-ci illə müqayisədə 43,9% artaraq 58,37 milyard dollar təşkil edib.

Açıqlanan statistik məlumatlara görə, dekabr ayında Rusiya Federasiyası Çinə neft tədarükçüləri arasında ikinci yerdədir. Çin keçən ay Rusiyadan 6,47 milyon ton neft alıb (noyabrdan təxminən 17% az - Red). Ötən ilin sonunda Səudiyyə Ərəbistanı Çinə 87,48 milyon ton neft sataraq 64,97 milyard dollara neft tədarükündə liderdir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti