OPEC+ dekabrda neft hasilatı planından geri qalıb

   OPEC+ dekabrda neft hasilatı planından geri qalıb
  18 Yanvar 2023    Oxunub:848
Beynəlxalq Enerji Agentliyi OPEC+ alyansının 2022-ci ilin dekabrında neft hasilatının azaldılmasına diqqət çəkdiyi hesabat dərc edib.
Alyans ölkələri tərəfindən ümumi yanacaq hasilatının səviyyəsi gündəlik 1,77 milyon barelə hədəfdən aşağı olub. Ümumilikdə, ötən ilin son ayında gündəlik hasilat 38,33 milyon barel təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə sutkada 50 min barel azdır.

Rusiya neft hasilatının səviyyəsini sutkada 30 min barel azaldaraq, sutkada 9,77 barelə çatdırıb. Yalnız Səudiyyə Ərəbistanı hasilat səviyyəsini eyni səviyyədə saxlayıb, Nigeriya isə yanacaq istehsalının həcmini artırıb.

Qeyd edək ki, 5 oktyabr 2022-ci ildə OPEC+ alyansı neft hasilatını noyabrdan sutkada 2 milyon barel azaldıb. ABŞ-da bu qərar tənqid edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti