"Avropada enerjinin qiyməti pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq"

   "Avropada enerjinin qiyməti pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq"
  16 Yanvar 2023    Oxunub:894
"Avropada elektrik enerjisi ödənişləri pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq".
AzVision.az xəbər verir ki, bu barədə "Equinor" neft və qaz şirkətinin rəhbəri Anders Opedal BBC-yə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyadan qaz idxalının dayandırılmasından sonra Rusiyadan qaz idxalının dayandırılmasından sonra Aİ-də əhəmiyyətli investisiyalar tələb edəcək enerji sistemində transformasiya aparılır.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ümumi qaz alışına 2023-cü ilin yazında başlamaq niyyətindədir. Avropa komissarı Maroş Şefçoviç Aİ-yə üzv dövlətləri gələn qışa qədər anbarları doldurmaq üçün tələb olunan qazın həcmini hesablayaraq öz ölkələrindəki əsas bazar oyunçuları ilə tez əlaqə saxlamağa çağırıb.


Teqlər:





Xəbər lenti