Avropada taxıl və yumurtanın qiyməti 40%-dən çox bahalaşıb

   Avropada taxıl və yumurtanın qiyməti 40%-dən çox bahalaşıb
  12 Yanvar 2023    Oxunub:1608
Ötən ildə Avropa İttifaqında taxıl və yumurtanın qiymətləri 40%-dən çox bahalaşıb, ümumilikdə kənd təsərrüfatı məhsullarının qiymətlərində artım 24% təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb. Qeyd olunub ki, Avropa İttifaqında kənd təsərrüfatı məhsullarının orta qiymətləri 2021-ci ilə nisbətən 2022-ci ildə 24% artıb, ən yüksək qiymət artımı dənli bitkilər (45%), yumurta (43%) və süd məhsullarında (31%) qeydə alınıb.

Qiymətləri cüzi ucuzlaşan kənd təsərrüfatı məhsullarının yeganə növü 3% ucuzlaşan meyvələr olub. “Eurostat” qiymətlərin artmasına səbəb kimi Ukraynadakı münaqişəni, həmçinin 2022-ci ildə dünyanın bir çox regionlarını vuran şiddətli quraqlığı göstərib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti