2021-ci ildən bəri ilk: Avropada qazın qiyməti bu səviyyəyə endi

      2021-ci ildən bəri ilk:    Avropada qazın qiyməti  bu səviyyəyə endi
  05 Yanvar 2023    Oxunub:1130
Avropada birja qazının qiyməti yanvarın 5-də keçirilən hərracların açılışında bir ildən artıq müddətdə ilk dəfə min kubmetr üçün təxminən 2% dəyər itirərək 700 dollardan aşağı düşüb.
TTF (Avropanın Niderlandda yerləşən nəhəng habı) indeksi üzrə fevral fyuçersləri hər min kubmetr üçün 696,4 dollar (-2,3%) səviyyəsində ticarətə başlayıb.

Lakin sonradan bu məzənnə 726,3 (+1,9%) dollara qədər artıb. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə - hər min kubmetr üçün 712,7 dollar civarında aparılır.

Avropa İttigaqı ölkələrinin keçən il dekabrım 19-da gəldikləri razılaşmaya görə mavi yanacağın birja qiyməylərinin ən yüksək həddi bu il fevralın 15-dən başlayaraq bir MVt/saat üçün 180 avro (indiki məzənnə ilə min kubmetr üçün demək olar ki, 2000 dollar) təşkil edəcək. Bu tədbir Avropa ev təsərrüfatlarını və bizneslərini qazın qiymətinin qalxmasından qorumaq məqsədi daşıyır.

Qərb mediasının qeyd etdiyi kimi Avropada enerjidaşıyıcılarına yüksək qiymətlər son onilliklərdə ən yüksək inflyasiyaya səbəb olub.

Avropada qazın qiyməti hələ 2021-ci ilin yazında əhəmiyyətli dərəcədə artıb. Onda TTF üçün qaz kotirovkaları hər min kubmetr üçün 250-300 dollar diapazonunda dəyişirdi, yayın sonunda məzənnə 600 dolları, payızda isə artıq 1000 dolları keçib.

2022-ci ilin qışında qiymətlər 2000 dollar həddini keçib və yazın əvvəlində Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması qorxusu fonunda hər min kubmetr üçün 3892 dollar səviyyəsində rekord vurub.

Mövcud enməyə baxmayaraq, uzunmüddətli müşahidələrin tarixi çərçivəsində qazın qiyməti orta göstəricidən iki dəfə çoxdur. Avropada qaz qovşaqlarının fəaliyyət göstərməyə başladığı 1996-cı ildən bəri hələ belə davamlı yüksək qiymətlər qeydə alınmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti