ASCO 100 milyon dollarlıq istiqraz buraxır

 ASCO 100 milyon dollarlıq istiqraz buraxır
  28 Dekabr 2022    Oxunub:1156
""Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) "Bakı Fond Birjası"nda 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirir. İstiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir.
AzVision.az xəbər verir ki, 100 min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər.

İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək.

İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir.

Dollarda yüksək gəlirli maliyyə aləti olan ASCO istiqrazları sahiblərinə 5 il müddətində dövlət zəmanətli qazanc vəd edir.

Yeni tədavülə buraxılan istiqrazlar haqqında www.ascoistiqraz.az saytına daxil olmaqla və ya 1548 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə etmək mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti