"Ən çox İT sahəsinə müraciətlər olur" - Mustafa Abbasbəyli

"Ən çox İT sahəsinə müraciətlər olur" -    Mustafa Abbasbəyli
  23 Dekabr 2022    Oxunub:1335
Təqdim etdiyimiz 175 aktual peşələrin içərisində ən çox müraciət edilən İT sahəsində olanlardır.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, turizm və xidmət sektoru, eyni zamanda kənd təsərrüfatı sahəsində peşələr növbəti dövrdə əmək bazarının ən aktual sahələri olacaq:

"Əmək bazarının daim aktiv təhlili həyata keçirilir.Universitetlərdə bəzi peşələrə meyillərin azalması azalması müşahidə olunur. Onlar növbəti illərdə əmək bazarından çıxarılacaq. Yeni peşələr daha çox texnoloji, İT və mühəndislik üzrədir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti