Türkiyədə 3 azərbaycanlı həbs edildi

Türkiyədə 3 azərbaycanlı həbs edildi
  13 May 2014    Oxunub:855
Türkiyədə 2 nəfəri qaçırıb ailəsini şantaj edən 3 azərbaycanlı həbs olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs edilən azərbaycanlılar İran və Türkmənistan vətəndaşlarını qaçıraraq ailəsindən 10 min dollar pul istəyib.

Belə ki, İstanbul Polis İdarəsinə müraciət edən İran vətəndaşı bildirib ki, onun qohumunu və Türkmənistan vətəndaşı olan dostunu kimsə oğurlayıb və ondan 10 min dollar tələb ediblər.

Polislərin həyata keçirdikləri əməliyyatla xilas edilən şəxslərin vəziyyətinin normal olduğu bildirilir. İstanbul Polis İdarəsindən bildiriblər ki, həmin şəxsləri qaçıranlar Azərbaycan vətəndaşlarıdır.

Məhkəmə həmin şəxslərin 3-nü həbs edib, digərini isə sərbəst buraxıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti