Bu əmlaklar vergilərdən azad olunacaq

   Bu əmlaklar vergilərdən azad olunacaq
  09 Dekabr 2022    Oxunub:775
Dövlətə məxsus əmlaklar özəlləşdirilən zaman bəzi vergilərdən azad olunacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti