“Gənclərimizi qorumalıyıq” – Kamal Abdulladan ÇAĞIRIŞ

“Gənclərimizi qorumalıyıq” – Kamal Abdulladan ÇAĞIRIŞ
  13 May 2014    Oxunub:939
“Əvvəllər yəni 10-15 il əvvəl insanlar tədbirlərdə daha çox şəxsi istiqamətdə arzularını deyirdisə, bu gün bunun 99 faizi ictimai məsələlər, məktəblər, din, səhiyyə, məscidlərimizlə bağlıdır”.
AzVision.az xəbər verir ki, millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda deyib.

O vurğulayıb ki, Azərbaycan dünyaya tolerant ölkə kimi, öz səsi, öz sözü və siyasi iradəsi olan prezidenti ilə daxil olursa bunu əsası ulu öndərin əsasını qoyduğu Azərbaycandan gəlir:

“Azərbaycanı çox parçalamaq istəyiblər, alınmayıb, bu gün də bu istək alınmayacaq. Biz gənclərimizi qorumalıyıq. Onlar məktəbdən sonra müxtəlif yollara gedərsə, onları qorumalıyıq. Biz onları göydə Allahın, yerdə dövlətin qəzəbinə gələnə qədər qorumalıyıq. Onları təmiz dini əqidələr üzərində böyüyüb, böyütmək, formalaşmaq və formalaşdırmaq hamımızın borcudur. Güman edirəm ki bu, çox tarixi bir gün tarixi bir hadisədir. Bu layihənin reallaşdırması misli görünməmiş işdir. Siz də bu ədiblərin ilkin iştirakçısı kimi böyük şərəfə nail olmusuz”.

K.Abdulla din kurslarından danışarkən qeyd edib ki, iştirakçılar üçün lazımı şərait yaradılıb:

“Dərslərin keçiriləcəyi yerə baxdım, QMİ-yə yaratdığı şərait üçün təşəkkür edirəm. Arzum ondan ibarətdir ki, hamımız İlham Əliyevin ətrafında sıx birləşə. Onun arzusu Azərbaycanı güclü və varlı görməkdir. Məscidlərimizi, şeyximizi, insanlarımızın ürəyindəki Allah eşqini güclü görməkdir. Məscidlərimizdə bir çox problemlər var, başa düşürük bunu. Maaşlar, təsdiq olunma, qeydiyyata alınma ilə bağlı problemlər var və onlar da sistemli şəkildə həll olunacaq. İşinizə uğurlar arzulayır və şeyx həzrətlərinə bir daha təşəkkür edirəm. Həmişə oxumağa və öyrənməyə hazır olan insanlar həmişə bizim yanımızdadırsa, onlar qarşısında məsuliyyətimiz Allah qarşısında onlarla bağlı cavabdehliyimiz əvəzolunmazdır. Gələcəyimiz üçün əl-ələ verib çalışmalyıq”.


Kamal Abdulla daha sonra çıxışında bildirdi ki, Heydər Əliyev xalqımıza güclü Azərbaycan əmanət edib:

“İstədi ki, qəlbimizdə Allah eşqi yaşasın. Biz bu vəziyyətə əməl etməyə çalışırıq. Bu gün azərbaycan dəyişir. Yollarımız, şəhərlərimiz, evlərimiz dəyişir. Bununla yanaşı Azərbaycan insanı dəyişir, dindarı dəyişir. Azərbaycan cəmiyyəti daxilən dəyişir, intellektual tərəfdən dəyişir. Bu gün vətən eşqi ilə yaşayan insana çevrilir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti