Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq

   Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq
  08 Dekabr 2022    Oxunub:687
Avropa İttifaqı iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və inklüziv kənd yerlərinin inkişafı üçün Azərbaycana 2 milyard avro ayırmağı planlaşdırır.
Aİ-nin Bakıdakı nümayəndəliyindən AzVision.az -a verilən məlumata görə, vəsaitlər iqtisadi investisiya planı çərçivəsində ayrılacaq.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Meredit bildirib ki, iqtisadi və investisiya planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanla sıx tərəfdaşlığın daha bir bariz göstəricisidir:

"İqtisadi və investisiya planı artıq Azərbaycan xalqına nəzərəçarpacaq faydalar gətirir. Xüsusilə, artıq 90 milyon avroya yaxın vəsait ayrılıb".

AzVision.az



Teqlər:





Xəbər lenti