Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar - SİYAHI

Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar - SİYAHI
  13 May 2014    Oxunub:879
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
AzVision.az-ın məlumatına görə, bu barədə müvafiq qərar Aİ-nin rəsmi jurnalında dərc edilib.

Bununla da, Aİ-nın sanksiyalarının tətbiq etdiyi şəxslərin sayı 61-ə çatıb.

Mayın 12-dən etibarən sanksiyaların tətbiq olunduğu şəxslərin siyahısı belədir:

1 Vyaçelsav Volodin – Rusiya Prezident Administrasiyasının rəhbərinin birinci müavini.

2. General-polkovnik Volodimir Şamanov - Hərbi Desant Qüvvələrinin rəhbəri.

3. Volodimir Pliqin – Rusiya Dövlət Dumasının Konstitusiya komitəsinin rəhbəri.

4. Petr Yaroş – Krım Federal Miqrasiya xidmətinin rəhbəri.

5. Oleq Kozyura – Sevastopol Federal Miqrasiya xidmətinin rəhbəri.

6. Vyaçeslav Ponomaryov – Slavyank şəhərinin meri.

7. İqor Bezler – Qorlovka şəhərində silahlı qruplardan rəhbərlərdən biri.

8. İqor Kakidzyanov – “Donetsk Xalq Respublikası”nın silahlı qüvvələrinin rəhbərlərindən biri.

9. Oleq Çarayev – Ukrayna Ali Radasının deputatı.
10. Roman Lyaqin – “Donetsk Xalq Respublikası” MSK-nın rəhbəri.

11. Aleksandr Malıxın – “Luqansk Xalq Respublikası” MSK-nın rəhbəri.

12. Natalya Polonskaya – Krım prokuroru.

13. İqor Şevçenko – Sevastopol prokuroru.

Yeni sanksiyalar siyahısında o cümlədən iki Krım şirkəti – “Çernomorneftqaz” və “Feodosiya”nin adı da daxil edilib.

Yeni sanksiyalar layihəsi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti