İnternetə çıxış genişlənir

İnternetə çıxış genişlənir
  13 May 2014    Oxunub:910
Bu ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 3 milyarda çatacaq
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən, 2014-cü ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 3 milyarda çatacaq.

Cari ilin dekabrınadək inkişaf etmiş ölkələrdə bu göstərici 78 faiz, inkişaf etməkdə olan ölkələrdə yalnız 32 faiz təşkil edəcək.

Bu sahədə birincilik Avropa ölkələrinə məxsusdur. Orada ilin sonunadək dörd insandan üçünün internetə çıxışı olacaq. Həmçinin internetə yüksək qoşulma tempi Şimali və Cənubi Amerikada müşahidə olunur.

Asiya-Sakit okean regionunda əhalinin üçdə biri internetə qoşulacaq. Nəhayət, Afrikada bu ilin sonunadək əhalinin 20 faizinin internetə çıxışı olacaq.

Paralel olaraq mobil rabitə şəbəkəsinin populyarlığı artır. İlin sonunadək bu sahədə müqavilələrin sayı təxminən 7 milyarda çatacaqdır və onların da 3,6 milyardı Asiya-Sakit okean region ölkələrinin payına düşəcək.

BTİ-dən bildirilib ki, 2014-cü ilin sonunadək inkişaf etmiş ölkələrdə ev təsərrüfatının 78 faizi, inkişaf etməkdə olan ölkələrdə isə 31 faizi internetə çıxışa malik olacaq. MDB ölkələri üçün bu göstərici təxminən 50 faiz təşkil edəcək.

Səbinə


Teqlər:





Xəbər lenti